Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Edin Ceko ilk qolunu vurdu, “Neftçi” məğlub oldu - YENİLƏNİB + VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan “Neftçi” “Match TV” Kubokunda sonuncu oyununu keçirib.
Oxu.Az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşıb və minimal hesabla məğlub olub - 0:1.
Yeganə qolu 71-ci dəqiqədə Edin Ceko vurub. Bu, Cekonun “Fənərbağça”nın heyətində ilk qolu olub.
09:08
Sankt-Peterburqda təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün “Match TV” Kubokunda sonuncu oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.
Saat 15:00-da start götürəcək matçla turnirə yekun vurulacaq. Bu, eyni zamanda rumıniyalı mütəxəssis Adrian Mutunun “Neftçi”nin baş məşqçisi qismində ilk oyunu olacaq.
Qeyd edək ki, Bakı klubu bunadək keçirdiyi oyunlarda “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:3 və 0:4 hesabı ilə uduzub. Komanda bu nəticə ilə 4 komandalı turnirdə axırıncı yeri tutur. “Fənərbağça”nın isə 1 xalı var. “Neftçi” turnirdə sonuncu olmamaq üçün qələbə qazanmalıdır.
“Match TV” Kuboku
III tur
15 iyul
15:00. “Neftçi” (Azərbaycan) - “Fənərbağça” (Türkiyə)
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
- Misli Premyer Liqası: "Zirə" doğma meydanda üç xala sevinib
- "Sumqayıt" - "Sabah" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib
- "Neftçi" Rüfət Abdullazadəni heyətinə qatmaq istəyir
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki