18 qat dünya çempionu “Ağ canavar” ləqəbli Eduard Məmmədov avtomobilinin üzərində olan nömrənin fotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, tanınmış idmançının sosial şəbəkədə paylaşdığı şəkil maraqla qarşılanıb.
Belə ki, “Ağ canavar” fotonu paylaşaraq, “90-EM-999, 90-ME-999 – hər ikisi məndədir” qeydini yazıb. İnternet istifadəçiləri idmançının bu hərəkətini müsbət qarşılayıb və qazandığı nailiyyətlərə görə ona daha bahalı maşın və uğurlar arzu ediblər.
Qeyd edək ki, sözügedən nömrələrin qiyməti 10 min, onun idarə etdiyi “Mercedes Benz Galendwagen” markalı avtomobilin qiyməti isə 80 -100 min ABŞ dollarıdır.
