Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-Təlim Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədovun tələbəsi Fərid Ağamoğlanov III Avropa Oyunlarında qızıl medal qazanıb.
Polşanın Krakov şəhərində keçirilən turnirdə kikboksinqin full-kontakt versiyasında yarışan Fərid finalda italiyalı Damiano Salvatore ilə üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində baş tutan döyüşdə F.Ağamoğlanov 3-0 hesablı qələbə qazanıb. Bununla da o, III Avropa Oyunlarında ölkəmizin aktivinə üçüncü qızıl medalı yazdıran idmançı olub.
Kikboksçumuzun şəxsi məşqçisi Eduard Məmmədov bu yüksək nəticənin əldə olunmasında göstərilən dəstəyə görə bütün azarkeşlərə, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və Federasiyanın prezidenti Orxan Əliyevə öz təşəkkürünü bildirib.
Eduard Məmmədov eyni zamanda milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Elşən Abdulrəhimov və uzun illər məşqçisi olmuş Çingiz Eyvazova da dərin minnətdarlığını bildirib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Eduard Məmmədovun tələbəsi Avropa Oyunlarında çempion oldu - VİDEO
Rəylər