İspaniya futbolu üzrə ekspert Terri Qibson Lionel Messinin karyerasını “Barselona”da başa vuracağını proqnozlaşdırıb.
Bu barədə “Goal” yazıb.
“Messinin övladları Barselonada oxuyurlar, həyat yoldaşı ilə çoxdandır birlikdədir və onlar bir-birini yaxşı tanıyırlar. O, Kataloniyanın və Barselonanın “kralı”dır. Gülməli olsa da, statistikalarına baxın. Heç kim, bu göstəricilərə yaxınlaşa da bilmir. Məsələ sadəcə onun nə qədər qol vurmasında deyil, həm də nə qədər oyun keçirməsindədir”, - deyə T.Qibson bildirib.