“Əl-Hilal” (Səudiyyə Ərəbistanı) və “İnter Mayami” (ABŞ) komandaları arasında yoldaşlıq oyunu keçirilib. Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Kingdom Arena”da qarşılaşıblar.
Yeddi qolun vurulduğu görüşdə ev sahibləri üstün olublar - 4:3.
Matçın əlamətdar hadisələrindən biri qonaqların hücumçusu Luis Suaresin debüt qolu olub. O, 34-cü dəqiqədə komandasının oyundakı ilk qoluna imza atıb. “İnter”in digər ulduzu Messi isə 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Lakin bütün bunlar qələbə üçün kifayət etməyib.
Rəylər