Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"El-Klasiko": "Barselona" səfərdə "Real"ı darmadağın etdi
İspaniya La Liqasında təkcə bu ölkədə yox, bütün dünyada futbolsevərlərin böyük maraqla izlədikləri matç - "El-Klasiko" baş tutub.
Oxu.Az xəbər verir ki, çempionatın 11-ci turu çərçivəsində "Real Madrid" və "Barselona" İspaniya paytaxtındakı "Santyaqo Bernabeu" arenasında üz-üzə gəlib.
Əzəli rəqiblərin qarşılaşması gözlənilmədən qonaqların mütləq üstünlüyü ilə keçib və Kral klubunun darmadağını ilə yekunlaşıb. 54 və 56-cı dəqiqələrdə qol vuran Levandovski dubla imza atıb. 77-ci dəqiqədə Yamal fərqi üç topa çatdırıb. 84-cü dəqiqədə isə Rafinya dördüncü topu "Real"ın qapısından keçirib - 0:4.
Bu nəticədən sonra çempionatın lideri olan Kataloniya klubu ikinci pillədəki paytaxt təmsilçisi ilə arasındakı xal fərqini 6-ya çatdırıb (müvafiq olaraq, 30 və 24 xal).
"El-Klasiko" teqi üzrə xəbərlər
- El-Klasiko tarixinin ümumi nəticələri - Kim liderdir?
- İspaniya Superkuboku: "Barselona" ilin ilk "El-Klasiko"sunda "Real Madrid"i darmadağın etdi
- İspaniya Superkuboku: İlin ilk "El-Klasiko"su baş tutacaq
- "El-Klasiko": Qalib son saniyələrdə bəlli oldu
- "Barselona" klubu "Real Madrid"lə görüşdə 108 il sonra ilkə imza atıb