Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Elvin Cəfərquliyev milli komandamızdan kənarlaşdırıldı - SƏBƏB
Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev düşərgədən kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, buna səbəb futbolçunun Haiti ilə hazırlıq görüşündə qırmızı vərəqə alması olub. Haiti seçməsi ilə oyun FIFA-nın təqvimi əsasında keçirildiyindən, bu matçda rəsmi qaydalar tətbiq olunub.
Xatırladaq ki, E.Cəfərquliyev Azərbaycan - Haiti matçının (0:3) 85-ci dəqiqəsində meydançadan qovulub. Müdafiəçi görüşün türk baş hakimi ilə mübahisəyə girərək, sarı vərəqə alıb. Buna görə, referini ironik alqışlayan Elvin dərhal ikinci "sarı" vərəqəni alıb və avtomatik olaraq qırmızı vərəqə ilə paltardəyişmə otağına göndərilib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu martın 25-də saat 21:45-də Belarusa qarşı keçirəcək.
"Elvin Cəfərquliyev" teqi üzrə xəbərlər
- Azərbaycan millisi Belarusla görüşdə qələbə üçün nə etməlidir?
- Azərbaycan millisinin baş məşqçisi: "Komanda meydana qələbə üçün çıxmamışdı"
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- Elvin Cəfərquliyev davadan danışdı: "Üzümə zərbə endirdi"