"Qarabağ" Çempionlar Liqasındakı növbəti oyunun mahiyyətini bilir".
Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev "Qarabağ" - "Çelsi" oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, rəqibi analiz ediblər:
"Rahat oynamalıyıq. Rəqibin mənfi və müsbət cəhətlərini bilirik. Güclü futbolçuları var. Hər şeyi həll edə bilər. Oyuna tam hazırıq. Matçın mahiyyətini bilirik".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Murad Nəsimi