Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev Budapeştdə keçirilən dünya çempionatının 1/4 finalında ötən ilin dünya ikincisi olmuş rusiyalı Aleksandr Çexirkinə məğlub olub.
Oxu.Az xəbər verir ki, Çexirkin finala çıxsa, Mürsəliyev sabah bürünc medal uğrunda mübarizəyə qatılacaq.
15:58
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Oxu.Az xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.
Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib.
Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.
Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti ilk mərhələdə ukraynalı həmkarına uduzub.
77 kq
1/4 final - Elvin Mürsəliyev - Aleksandr Çexirkin (Rusiya)
1/8 final - Elvin Mürsəliyev - Kamal Amir Bey (ABŞ) 6:2
1/16 final - Elvin Mürsəliyev - İvan Nilipyuk (Polşa) 9:0
97 kq
1/16 final - Orxan Nuriyev - Melonin Numonvi (Fransa) 0:4
130 kq
Təsnifat - Sabah Şəriəti - Aleksandr Çernetski (Ukrayna) 2:5