Azərbaycan millisinin üzvü Mahir Emreli Xorvatiya çempionatında debüt edib.
M.Emreli Zaqreb “Dinamo”sunun “Sibenik”i qonaq etdiyi oyunda meydan sahiblərinin start heyətində yerdə alıb.
Qarşılaşmanın 60-cı dəqiqəsində M.Emrelini K.Andric əvəzləyib.
Qarşılaşma ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu qələbə ilə ehtiyatda bir oyunu da olan “Dinamo” 53 xalla ilk pilləyə yüksəlib. İkinci pillədə qərarlaşan “Osiyek” də eyni xala sahibdir.