İngiltərə millisinin və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer klubun beynəlxalq səfiri vəzifəsini tuta bilər.
Bu barədə idman jurnalisti Nikola Skira məlumat yayıb.
Mənbə bildirib ki, klubun yeni sahibləri - Səudiyyə Ərəbistanı İnvestisiya Fondu artıq 51 yaşlı keçmiş futbolçu ilə danışıqlar aparır.
Qeyd edək ki, A.Şirer 1996-2006-cı illərdə “Nyukasl” da çıxış edib.
O, klubun heyətində keçirdiyi 405 oyunda 206 qol vurub.
Mənbə: Nikola Skiranın “Twitter” səhifəsi