Erik Ten Haqın "Bayer"ə baş məşqçi təyinatı rəsmiləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya klubunun Mətbuat Xidməti məlumat yayıb.
Niderlandlı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. O, bu vəzifədə "Real Madrid"ə baş məşqçi təyin olunan Xabi Alonsonu əvəzləyib.
Qeyd edək ki, Ten Haq ötən il "Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz idi.