“Brentford”la müqavilə imzalayan yarımmüdafiəçi Kristian Eriksen karyerasına davam etmək qərarına necə gəldiyini açıqlayıb.
“Xəstəxanaya gedərkən həyat yoldaşıma dedim ki, karyeramı bitirəcəm. Ancaq iki gün keçən kimi hər şey dəyişdi. Mən bundan sonrakı günlərdə baş verənləri dərk etməyə başladım. Bundan sonra müayinələr başladı, suallar yarandı: bacara bilərəmmi? Məndə alınacaqmı? Zamanla vəziyyət yaxşılaşmağa başladı, belə ki, tibbi müayinələrim normal olacağı halda zamanla futbola qayıda biləcəkdim.
Çoxlu testlər oldu, ürəyimin fiziki məşqlərə necə reaksiya verəcəyinə baxıldı, xoşbəxtlikdən heç nə olmadı, hər şey yaxşı getdi.
Hər ötən ay mən yüklənməni artıra bildim və sonra oynamağa başladım”, - deyə K.Eriksen bildirib.
Mənbə: Sports.ru
Rəylər