Ermənistanın “Uliss” klubu azərbaycanlı futbolçunun klubda oynayacağına dair informasiyanı şərh edib.
Oxu.Az armsport.am-a istinadən xəbər verir ki, bununla əlaqədar klubun mətbuat xidməti bəyanatla çıxış edib.
“Daha öncə məlumat vermişdik ki, bu günlərdə “Uliss” bir çox futbolçuları nəzərdən keçirir, o cümlədən də müdafiəçi Şamil Qurbanovu. Bu futbolçu milliyyətcə dağıstanlıdır, Rusiya vətəndaşlığına malikdir.
Kontrol matçlarından birində iştirak edən Qurbanov “Uliss”i tərk edib. Dağıstanlıya müqavilə təklif etmək klubumuzun rəhbərliyinin ağlından belə keçmirdi. Yalnız Qurbanov getdikdən sonra bizə onun zamanında Azərbaycanın gənclər yığmasında iştirak etdiyi məlum olub.
Antalyada “Uliss” çox fəal iş aparır, öz komanda tərkibini gücləndirmək üçün futbolçuları nəzərdən keçirir. Bizdə azərbaycanlı futbolçu məlum səbəblərdən ola bilməz”, - bəyanatda deyilib.
E.Ə.