“Everton” baş məşqçisi Rafael Benitesi istefaya göndərib.
Bu barədə Premyer Liqa klubundan məlumat yayılıb.
Bildirilib ki, vakant postu kimin tutacağı daha sonra açıqlanacaq.
Qeyd edək ki, Benites 2021-ci ilin yayından komandaya rəhbərlik edib.
Hazırda “Everton” 19 oyundan sonra 15-ci yerdədir. Son 13 turda komanda bir qələbə qazanıb, 9 dəfə məğlub olub.
Mənbə: Sports.ru