“Everton” klubu İngiltərə Premyer Liqasının gəlirlilik və davamlılıq qaydalarını pozduğu üçün daha iki xaldan məhrum edilib.
Bu barədə Premyer Liqanın Mətbuat Xidməti məlumat yayıb.
İki xalı çıxıldıqdan sonra komanda turnir cədvəlində 16-cı pilləyə enib. Hazırda “Everton”un 31 oyundan 27 xalı var.
Xatırladaq ki, ötən il noyabrın 17-də “Everton” maliyyə feyr-pley qaydalarını pozduğuna görə turnir cədvəlindəki 10 xaldan məhrum edilib. Lakin şikayətin ardından apellyasiya komissiyası klubdan 10 deyil, 6 balın silinməsinə qərar verib.
Mənbə: TASS