Azərbaycanın Tokio Olimpiya Oyunlarında daha bir idmançısının iştirakı rəsmiləşib.
Oxu.Az-ın xəbərinə görə, bu, ağırlıqqaldıran Əliş Nəzərovdur.
O, 109 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək. İdmançımız kontinental reytinqlə buna nail olub. O artıq Olimpiadada iştirak etmək üçün atlet akkreditasiyasını da alıb.

Qeyd edək ki, onun atası Vahid Nəzərov da Olimpiadada hakim kimi iştirak edəcək.