Türkiyə millisinin UEFA Millətlər Liqasında Belçikaya 2:1 hesabı ilə məğlub olmasından sonra jurnalist Fatih Altaylı baş məşqçi Sergen Yalçını istehzalı fikirlərlə tənqid edib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məğlubiyyətdən sonra tənqidlərin əsas hədəfinə çevrilən Sergen Yalçın xüsusilə Jeremi Dokuya qarşı heç bir tədbir görməməkdə günahlandırılıb.
Jurnalistin sözlərinə görə, Arda Güler də baş məşqçinin taktikasına etiraz edib.
Fatih Altaylı isə səsləndirilən tənqidlərə ironik münasibət bildirərək yazıb:
"Sergenin Jeremi Dokuya qarşı niyə tədbir görmədiyini soruşmaq üçün əvvəlcə bunları bilmək lazımdır: Sergen Jeremi Doku adlı futbolçunu tanıyırmı? Onun hansı komandada oynadığından xəbəri varmı? Hətta onun "Mançester Siti"də oynadığını haradansa eşidibsə belə, Belçika millisinin futbolçusu olduğunu bilirmi?
Ona görə də Sergen Yalçını boş yerə günahlandırmayın. Bilsəydi, heç tədbir görməzdi? Sergen Belçika millisində ən çoxu Kevin De Bruynenin adını eşitmiş olar. O da bəlkə!"