Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Federiko Kyeza İngiltərə çempionu adına yiyələnmək üçün bir tur gözləməli olub
Federiko Kyezanın çempionluğu komandasından sonra reallaşıb. İtaliyalı cinah hücumçusu bunun üçün bir həftə gözləməli olub.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasındakı qaydalara görə, hər hansı oyunçu çempion adına sahib çıxmaq üçün minimum beş matçda forma geyinməlidir. Kyeza isə mövsüm ərzində cəmi dörd qarşılaşmada meydana çıxmışdı.
Bu səbəbdən "Liverpul"un baş məşqçisi Arne Slot dünən "Çelsi" ilə oyunda Kyezaya 82-ci dəqiqədə meydana çıxmaq şansı verib. Mövsüm ərzində cəmi dörd qarşılaşmada forma geyinən Federiko yenə qol və ya məhsuldar ötürmə sahibi olmadı, amma İngiltərə çempionu adını qazanıb.
Xatırladaq ki, "Liverpul" qızıl medalları hələ aprelin 27-də təmin etmişdi. Komandaya yayda qoşulan italiyalı isə bundan bir həftə sonra matç planını doldurub. Onun oynadığı görüşdə "Çelsi" 3:1 hesabı ilə qalib gəlib.
"Çelsi FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Çelsi" - "Mançester Yunayted" matçının taleyini tək qol həll etdi
- Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
- Juan Feliks sabiq komandasına geri qayıdır
- "Real Madrid" 20 yaşlı müdafiəçinin transferini tamamladı
- "Çelsi"nin istəmədiyi ingilis futbolçu üçün Almaniya klubu təklif göndərdi