"Fənərbağça" klubu heyətini 36 yaşlı Aleksis Sançeslə gücləndirmək istəyir.
Oxu.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" çilili futbolçuya dörd milyon avroluq 1+1 illik müqavilə təklif edib.
O, mövsümdə 15 qolun vurulmağında birbaşa iştirak edərsə, müqaviləsi avtomatik olaraq bir il uzadılacaq.
Futbolçuya həmçinin İtaliyanın Friuli bölgəsindəki üzüm bağlarına nəzarət etmək üçün şəxsi təyyarə də veriləcək.
Sançes hazırda "Udineze"də çıxış edir. Onun klubla bir illik müqaviləsi qalıb.