Futbol üzrə Türkiyə Super Liqasında XVII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, həftənin son görüşü “Fənərbağça” ilə “Beşiktaş” arasında oynanılıb.
Matçda qalib müəyyənləşməyib - 2:2. İlk qolu 14-cü dəqiqədə penalti ilə meydan sahiblərindən Mesut Özil vurub. 25-ci dəqiqədə Jozef de Souza Dias hesabı bərabərləşdirib.
30-cu dəqiqədə Mergim Berişa yenidən yerli komandanı önə çıxarıb. Lakin Lakin 59-cu dəqiqədə Jozef özünün və komandasının ikinci qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra “Fənərbağça” 28 xalla 5-ci, “Beşiktaş” 25 xalla 9-cu pillədə qərarlaşıb.