Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Fənərbağça"nın polis tərəfindən saxlanılan üzvlərinin cəzası bəlli oldu
Polis tərəfindən saxlanılan "Fənərbağça" klubunun idarə heyətinin üzvlərinin cəzası bəlli olub.
İfadəsi alınmaq üzrə polis tərəfindən İstanbul ədliyyəsinə gətirilən "Fənərbağça"klubunun idarə heyətinin üç üzvünün cəzası bəlli olub.
Məlumata görə, "Qalatasaray" - "Fənərbağça" arasında oynanılan derbi matçının ardınca baş verən hadisələrdən sonra başlayan istintaq çərçivəsində "Fənərbağça" klubunun həkimi Ertoğrul Karanlık, "Fənərbağça"nın keçmiş icraçı direktoru Hulusi Belgü və "Fənərbağça"nın baş məşqçisi İsmail Kartalın oğlu Emre Kartalın xaricə çıxışı qadağan edilib. Hər üç şəxs ayda iki dəfə polis şöbəsinə gedərək imza atmaq məcburiyyətində qalacaq.
14:44
"Fənərbağça" klubunun idarə heyətinin üzvləri "Qalatasaray"la görüşdən sonrakı insidentə görə polis tərəfindən saxlanılıblar.
Məlumata görə, klubun həkimi Ertuğrul Karanlık, "Fənərbağça"nın keçmiş icraçı direktoru Hulusi Belgü və komandanın baş məşqçisi İsmail Kartalın oğlu Emre Kartal ifadə vermək üçün İstanbul ədliyyəsinə çağırılıblar.
Klub rəsmiləri ifadələrini mətbuat prokuroruna verəcəklər.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" görüşü "sarı-lacivərdlər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ardınca stadionda "Fənərbağça" klubunun rəsmiləri bayraq açmaq istəsələr də, tərəflər arasında mübahisə yaranıb.
Mənbə: Sporx.com
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- Joze Mourinyo yenidən İspaniya nəhəngini çalışdıra bilər
- "Qalatasaray" UEFA Çempionlar Liqasına vəsiqəni təmin etdi
- Burak Yılmazın azarkeşə sərt reaksiyası Türkiyə mediasının diqqət mərkəzinə düşüb
- Superkompüter Türkiyə Super Liqasının qalibi olacaq komandanın adını açıqladı
- Avropanın böyük liqalarında mövsüm sona yaxınlaşır: Gərgin mübarizə