"Qarabağ" klubunun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbağça" İdman Klubunun prezidenti Ali Koçla görüşüblər.
Oxu.Az xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Rəsmilər qarşıdan gələn futbol mövsümündə bir-birlərinə uğurlar arzulayıblar.
Sonda Ali Koça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.