Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Fənərbağça”nın “Qalatasaray”la oyunda cəza almamaq üçün qurduğu PLAN
Türkiyə Superkuboku uğrunda “Fənərbağça” ilə “Qalatasaray” arasında keçirilməsi nəzərdə tutulan matç baş tutmaya bilər.
Məlumata görə, oyuna U19 komandası ilə çıxacaq “Fənərbağça” “Qalatasaray”ın qələbəni bayram edə bilməməsi üçün əlindən gələni edəcək.
Qaydalara əsasən bir komanda meydana ən azı doqquz nəfərlə çıxa, iştirak ərizəsinə ən azı bu sayda oyunçunun adını daxil edə bilər. Qarşılaşma davam edərkən isə komandalardan birində ən azı yeddi nəfər meydanda olmalıdır.
Belə ki, plana əsasən matç zamanı meydana doqquz nəfərlə çıxacaq “fənər”in üç futbolçusu zədə və ya digər səbəblərdən oyunu tərk edəcək, komanda 6 nəfərlə qaldıqda isə qarşılaşma yarımçıq dayandırılaraq baş tutmamış sayılacaq.
Məlumatı “Fənərbağça”nın idarə heyətinin üzvü Erol Bilecik də təsdiqləyib.
Düzdür, əgər bu baş verərsə, reqlamentə əsasən “Fənərbağça”ya 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, oyun aprelin 7-nə planlaşdırılıb.
Xatırladaq ki, “Fənərbağça” Türkiyə çempionatından çıxmağı düşünür. Belə iddialar “Trabzonspor” azarkeşlərinin İstanbul klubunun futbolçularına hücumundan sonra peyda olub.
Mənbə: Ajansspor