Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Fərid Mansurov yeni təyinatından DANIŞDI](https://images.oxu.az/2021/12/10/11/56/01/a6359481-6fac-4485-bb53-3deb2a5b0565/_ROM7573:1200.jpg)
Fərid Mansurov yeni təyinatından DANIŞDI
“Bu, karyeramda yeni bir səhifədir”.
Bunu Oxu.Az-a Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov deyib.
39 yaşlı Fərid Mansurov dekabrın 8-də təyin olunduğu yeni vəzifəsindən danışıb. O bildirib ki, özünü burada yad hiss etmir:
“Dünən İdman Akademiyasında mənim təqdimatım oldu. Düzdür, bu, əvvəlki vəzifələrimdən fərqli olaraq, pedaqoji sahədir. Amma mən burada özümü yad hiss etmirəm. Çünki illərdir ki, idman sahəsindəyəm. Yeni işim də idmanla bağlıdır. Düşünürəm ki, idmandakı praktiki biliklərim burada işimə yarayacaq”.
Xatırladaq ki, 2004-cü ildə yunan-Roma güləşi üzrə Olimpiya çempionu, 2007 və 2009-cu illərdə dünya çempionu olan Fərid Mansurov 2010-2011-ci illərdə yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi olub. O daha sonra 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti vəzifəsində işləyib.
2016-cı ildə Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiri təyin olunan Fərid Mansurov iki gün əvvəl bu vəzifəsindən ayrılıb. O, yeni nazir Fərid Qayıbovun əmri ilə ADBTİA-nın idman işləri üzrə prorektoru təyin olunub. Mansurov bu vəzifədə 2018-ci ilin dekabrından çalışan Yusif Babanlını əvəzləyib.
Səbuhi Musayev
"Bədən Tərbiyəsi və İdman Akademiyası" teqi üzrə xəbərlər
- Şahdağda xizək alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirililib
- Qurumdakı kütləvi ixtisarlarla bağlı RƏSMİ AÇIQLAMA
- İkinci kurs tələbəsi özünü yeddinci mərtəbədən atdı - DETALLAR
- Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
- Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri
Rəylər