“Bu gün Azərbaycan Gənclər Gününün təsis olunmasının 25-ci ilini qeyd edirik. Bu həftə Gənclər Həftəsi elan edilib və həftə ərzində müxtəlif tədbirlər keçirilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, bu gün keçirilən Gənclər Forumunda ölkənin müxtəlif yerlərindən gələn gənclər iştirak edir:
“Forum özündə müxtəlif sahələri əhatə edir. Tədbirin birinci hissəsində ölkə başçısı çıxış edib. Çox maraqlı görüş oldu. Gənclər çox həyəcanlı olsalar da, bu günü çoxdandır gözləyirdilər. Tədbirin ikinci hissəsində gənclər üçün müxtəlif sahələrdən olan peşəkar mütəxəssislər dəvət olunub. Düşünürəm ki, bu Forum gənclərin ictimai fəallığının artırılmasında çox önəmli rol oynayır”.
Könül Cəfərli