Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fernando Muslera adını Türkiyə futbolu tarixinə yazdırıb
Fernando Muslera Türkiyə futbol tarixinin ən çox kubok qazanan futbolçusu olub.
Oxu.Az xəbər verir ki, təcrübəli qolkiper 2011-ci ildən çıxış etdiyi "Qalatasaray" forması ilə ümumilikdə 19 dəfə kuboku başının üzərinə qaldırıb.
O, səkkiz dəfə Türkiyə Superliqasının, altı dəfə Türkiyə Superkubokunun, beş dəfə isə Türkiyə Kubokunun qalibi olub.
Qeyd edək ki, Fernando Muslera karyerası ərzində 689 oyunda meydana çıxıb, iki qolla yadda qalıb. O, bu müddət ərzində dörd dəfə qırmızı vərəqə, 72 dəfə isə sarı vərəqə ilə cəzalandırılıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Fernando Muslera yeni komandası ilə rəsmi müqavilə imzaladı
- Fatih Terim Səudiyyə Ərəbistanı klubu ilə yolları ayırmaq qərarına gəlib
- "Qalatasaray"ın gizli planı – Diqqətlər "Nyukasl Yunayted"ə yönəlib
- Mark-Andre ter Ştegen "Qalatasaray"ın təklifini RƏDD ETDİ
- Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək
Ən çox oxunanlar