“Atletiko”nun hücumçusu Fernando Torres İspaniya çempionatının 25-ci turunda matç zamanı başından zərbə alıb. Hadisə martın 2-də La-Korunyedə “Deportivo” ilə keçirilən və 1:1 hesabı ilə bitən oyunda baş verib.
Oxu.Az xəbər verir ki, oyun bir müddətlik dayandırılıb. Torresə ilkin yardım göstərilib. Nəticədə, 32 yaşlı hücumçu meydançadan xərəklə çıxarılaraq xəstəxanaya yerləşdirilib. Daha sonra həkimlər həmin epizodda Torresin huşunu itirdiyini, amma nəfəs almağa davam etdiyini təsdiqləyiblər. Forvard gecəni xəstəxanada keçirib.
Onun bu gün, martın 3-də xəstəxanadan çıxarılacağı gözlənilir.
N.О.
www.oxu.az