Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fernandu Santuş kimlərin yığmaya çağırılmayacağını açıqladı
"Öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar".
Oxu.Az xəbər verir ki, bu barədə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis milliyə dəvət edilən futbolçuların formada olmasının vacibliyini söyləyib:
"Hər məşqçinin qərarına hörmətlə yanaşıram. Milliyə dəvət edilən futbolçular mütəmadi şəkildə oynamalıdırlar. Xaricdə çıxış edən oyunçularımız çox azdır. Mən də istərdim ki, heyətdə daha çox azərbaycanlı futbolçular oynasınlar".
Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi milli iyunun 7-də səfərdə Latviya, bundan üç gün sonra isə Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.
Anar Həsənov
"Fernandu Santuş" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin baş məşqçisi: "Son iki yoxlama oyunundan razı qaldım"
- Ağasəlim Mircavadov: "Fernandu Santuşun işindən tam razı deyiləm"
- Fernandu Santuş Portuqaliya millisinin çempionluğu ilə bağlı danışmaq istəmədi
- Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək"
- Fernandu Santuş: "Azərbaycan yığmasına qələbə lazımdır"