Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fernandu Santuşu Azərbaycan millisinin heyəti ilə bağlı narahat edən nədir?
"Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar verməyi bacarmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Ramil Şeydayevlə Emin Mahmudovun millinin heyətində yer almasına aydınlıq gətirib:
"Bütün futbolçularımıza inanıram. Burada hər hansı bir cəza prinsipi yoxdur. Mən futbolçudan xoşum gəlir, yaxud gəlmir deyə milliyə çağırmıram. Düzdür, İsveçlə görüşdə (1:3) əvvəldən müəyyən edilmişdi ki, penalti olarsa, Emin Mahmudov vursun, ancaq oyun zamanı Ramil Şeydayev ona yaxınlaşaraq zərbəni vurmaq üçün topu əlindən aldı, Emin də etiraz etmədi. Onun bu qərarı xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar verməyi bacarmalıdır. İstənilən halda mən futbolçunu keyfiyyətlərinə görə milliyə dəvət edirəm. Emin Mahmudovun zədəsi ilə bağlı əlimdə həkimlərin təsdiqlədiyi sənəd var. Kapitanın sağlamlığında hər hansı bir problem yoxdur.
Məni narahat edən Bəhlul Mustafazadənin ötən gün "Malmö" ilə görüşdə zədələnməsi oldu. Onun əvəzinə daha bir mərkəz müdafiəçisi çağırmalı oldum".
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
"Futbol üzrə Azərbaycan millisi" teqi üzrə xəbərlər
- Millimiz Avropa çempionatının seçmə mərhələsində ilk qol və ilk xal üçün oyuna çıxacaq
- Millimiz qrupdakı son oyununu qələbə ilə başa vurub
- Millimiz İrana qalib gəldi
- Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu ikiillik fasilədən sonra futbola döndü
- Fernandu Santuş Yunanıstanda "Legend" mükafatına layiq görüldü