Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

FIFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqlədi
FIFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib.
Oxu.Az "Championat"a istinadən xəbər verir ki, bu barədə qərar FIFA-nın Növbədənkənar Konqresində qəbul edilib.
Əvvəlcədən məlum olduğu kimi 2030-ci ildəki mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi rəsmiləşib.
2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında baş tutacağı dəqiqləşib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması qərarı qəbul edilib.
2030-cu ildə mundiallar tarixinin 100 illik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq yarışa 6 ölkə ev sahibliyi edəcək.
Qeyd edək ki, turnir 2026-cı ildə ABŞ, Kanada və Meksikada reallaşacaq.
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA)" teqi üzrə xəbərlər
- FIFA Klublararası Dünya Çempionatının iştirakçıları üçün pul mükafatının məbləğini açıqladı
- Blatter və Platiniyə bəraət verildi
- Misir 2034-cü ildə keçiriləcək dünya çempionatı üçün FIFA-ya müraciət ünvanlayıb
- Donald Tramp 2026-cı ildə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin rəhbəri oldu
- Futbol üzrə 2030-cu il dünya çempionatında 64 komanda iştirak edə bilər