Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Beynəlxalq Futbol Federasiyasının (FİFA) versiyasına görə ilin ən yaxşı məşqçisi seçilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Londonda tədbirdə bildirilib.
Ən yaxşı məşqçi adına mübarizədə Zidan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri və “Çelsi”nin çalışdırıcısı Antonio Konteni qabaqlayıb.
Qeyd edək ki, fransalı mütəxəssisin rəhbərliyi altında “Real” 2016/2017 mövsümündə İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.
S.B.
www.oxu.az