FİFA futbolda yeni qayda tətbiq etməyə hazırlaşır.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, ali futbol qurumu komandaların heyətində yalnız kapitanların baş hakimlə danışmasına icazə verəcək qanun üzərində işləyir.
Bu barədə qurumun texniki məsələləri üzrə məsul şəxs - hollandiyalı sabiq futbolçu Marko van Basten açıqlama verib:
“Matç zamanı xeyli sayda futbolçu hakimə etiraz edir. Bu addımla futbolçuların daha yaxşı hərəkət etmələrini təmin edəcəyik”.
N.О.