Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını açıqlayıb
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını təqdim edib.
Oxu.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, reytinq siyahısına 1 568 xalla Braziliya millisi başçılıq edir. Portuqaliya 1 527 xalla ikinci, İspaniya 1514 xalla üçüncü yerdədir. Dördüncü sıradakı İran seçməsinin 1 469 xalı var. İlk beşliyi 1 439 xalla Argentina millisi qapayır.
Seçmə komandamız isə 139 ölkə arasında 1 139 xalla 29-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə seçməsi sözügedən reytinqdə 936 xalla 97-cidir.
"futzal" teqi üzrə xəbərlər
Ən çox oxunanlar