Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

FIFA İspaniya klublarına xəbərdarlıq edib
Futbol dünyasının ali orqanı FIFA yaşı 16-dan aşağı olan futbolçuların transferi ilə bağlı İspaniya klublarına xəbərdarlıq edib.
Oxu.Az Marca.com-a istinadla xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino 18 yaşından kiçik oyunçuların üç ildən çox müddətə peşəkar müqavilə imzalaya bilməyəcəklərini və İspaniya klublarının bu qadağaya əməl etmədiklərini bildirib.
Canni İnfantino İspaniya klublarına bu problemi aradan qaldırmaq üçün iki aydan qısa müddət verib.
Qeyd edək ki, qaydalara əməl etməyən klubların ciddi cəza alacağı bildirilib.
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA)" teqi üzrə xəbərlər
- FIFA daha bir Türkiyə klubunu ağır cəzalandırıb
- FIFA Türkiyə klubuna ağır cəza verdi
- AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri başa çatıb
- Qapıçı penaltidən vurulan zərbəni dəf edəcəyi təqdirdə təkrar vuruşun ləğvi təklif edildi
- FIFA və "Adidas" Klublararası Dünya Çempionatının topunu təqdim edib
Ən çox oxunanlar