Azərbaycanlı qadın hakim Yuliya Qurbanovanın FIFA referiliyindən çıxarılmasının səbəbi bilinib.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, onun zədəsi olduğu üçün normativləri yerinə yetirə bilməyib.
Beləliklə, o, karyerasını başa vurmalı olub.
Lakin Yuliya Qurbanovunun özü saytımıza açıqlamasında bunu Azərbaycandan köçməsi ilə əlaqələndirib. O bildirib ki, artıq Rusiyanın paytaxtı Moskvaya köçüb və gələcək karyerasını bu ölkə ilə bağlı görür.
Qeyd edək ki, futbolda 2022-ci il üçün FIFA referiləri kimi Azərbaycandan Əliyar Ağayev, Elçin Məsiyev və Rauf Cabbarovun olması təsdiqlənib.
Səbuhi Musayev