Münhen “Bavariya”sının idarə heyətinin sədri Karl Hants Rummenige FİFA və UEFA-nı kəskin tənqid atəşinə tutub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, 1982-ci ildə Almaniya yığmasının heyətində dünya çempionatının gümüş mükafatına layiq görülmüş sabiq hücumçu ali qurumları milli komandaların çoxlu sayda oyun keçirmələrinə görə pisləyib.
“Yığma komandalarda futbolçuların yüklənməsi çoxdan bütün sərhədləri adlayıb. Bunun məsuliyyəti bütünlüklə FİFA və UEFA-nın üzərinə düşür. Buna görə də onlar tezliklə bu məsələyə yenidən baxmalıdırlar. Biz futbolun səviyyəsini artırmalıyıq. Bunun isə bir yolu var: FİFA və UEFA oyunçuları zəhərləməməlidir. Bu, keyfiyyətdə öz əksini tapmalıdı, kəmiyyətdə yox”, deyə Rummenige bildirib