Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) Azərbaycandan olan Olimpiya çempionu Şərif Şərifov haqqında məqalə hazırlayıb.
Oxu.Az bildirir ki, jurnalist Mayk Roirdanın FİLA əfsanələri haqqında hazırladığı növbəti material “FILA Champion, Sharif Sharifov: The Perfection of Simplicity” (Sadəlik təcəssümü) adlanır.
“Şərifov 84 kq-lıq çəki kateqoriyasında ən yaxşı güləşçi olmağı qarşısına məqsəd qoyub və London olimpiadasında qızıl medalı qazanaraq məqsədinə nail olub” – Oxu.Az FİLA saytında dərc edilən materialdan sitat gətirir.
Şərifov güləşçi karyerasını davam etdirir. Rioda keçiriləcək Olimpiya oyunlarında iştirak edib-etməyəcəyindən asılı olmayaraq o, güləşin canlı əfsanəsi olaraq qalır. Şərif Şərifov bu idman növünün təməl anlayışlarını fəth edən triumfa nail olacaq, çünki güləşdə nə qədər sadəlik olarsa, o qədər də uğur var”.
İngilis dilində mətn.
FİLA-nın Şərif Şərifov haqqında hazırladığı videonu diqqətinizə çatdırırıq.
Elvin Əhmədov
www.oxu.az