Türkiyə Super Kuboku uğrunda matç Manisa əyalətinin Soma şəhərində keçiriləcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Super Liqanın qalibi “Fənərbaxça” Türkiyə kubokunun sahibi “Qalatasaray”la Super kubok uğrunda məhz Somada qarşılaşcaqlar.
Oyun avqustun 15-i, və ya 16-da keçiriləcək.
Tarix hələlik Türkiyə Futbol Federasiyası tərəfindən dəqiqləşdirilməyib. Dəqiqləşdirilən odur ki, həmin matçdan əldə olunan bütün gəlirlər Somada kömür mədənində baş verən partlayışda yaxınlarını itirən və zərərçəkən ailələrə veriləcək.