Avropa Liqasının final oyunu bitdikdən sonra yüzlərlə azarkeş Olimpiya stadionunu xoş əhval-ruhiyyə ilə tərk edib.
Oxu.Az xəbər verir ki, “Çelsi” və “Arsenal” fanatları yerli azarkeşlərlə birlikdə Azərbaycan milli rəqslərini oynayıb, foto çəkdirib, oxuyub və əyləniblər.