Qətərdə keçirilən futbol üzrə Klublararası dünya çempionatında ilk yarımfinal qarşılaşması oynanılıb.
Oxu.Az xəbər verir ki, oyunda Braziliyanın "Flamenqo" klubu və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası üz-üzə gəliblər.
Görüş cənubi amerikalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 18-ci dəqiqədə “Əl-Hilal”ın yarımmüdafiəçisi Salem əl-Dossari açıb. Lakin braziliyalılar nəinki bərabərliyi, həm də qələbəni qazana biliblər – 3:1.
“Flamenqo”nun heyətində Arraskaeta və Bruno Enrike fərqləniblər, son topu isə “Əl-Hilal”ın müdafiəçisi Əli əl-Bulayhi öz qapısına vurub.
Qeyd edək ki, dekabrın 18-də İngiltərənin “Liverpul” və Meksikanın “Monterrey” komandaları arasında görüşdə digər finalçı müəyyənləşəcək.