Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Flamenqo" klubunda tibbi müayinədən keçən Olavio Juninyo ilk üç oyunda meydana çıxmayacaq
"Qarabağ"dan Braziliya təmsilçisi "Flamenqo"ya transfer olunan Olavio Juninyo tibbi müayinədən keçib və ilk üç rəsmi oyunda iştirak etməyəcək.
Oxu.Az "Globo" nəşrinə istinadən xəbər verir ki, nəticələr A Seriyası təmsilçisinin ABŞ-dəki nümayəndə heyətinə göndərilib.
28 yaşlı hücumçu komandanın sözügedən ölkədəki təlim-məşq toplanışına qatılmayacaq.
"Flamenqo" yanvarın 20-də "San-Paulu" ilə yoxlama oyunundan sonra Braziliyaya dönəcək. Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.
Bundan əlavə, forvard "Quanabara Kuboku" turnirində "Madureyra", "Nova İquacu" və "Banqu" ilə matçlarda iştirak etməyəcək. Onun yanvarın 25-də eyni yarışda "Volta Redonda" ilə görüşdə debütü gözlənilir.
Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ" istədiyi argentinalı hücumçunu niyə transfer etmədi? - Açıqlandı
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR