Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyun üçün start heyətini həkimlərlə məsləhətləşdikdən sonra müəyyənləşdirəcək.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, o, sözügedən məsələ ilə bağlı bunları söyləyib:
“Start heyətini hələ müəyyənləşdirməmişəm. Həkimlərlə danışmağım lazımdı. İtaliya ilə oyun göstərdi ki, standart vəziyyətlərdə daha diqqətli oynamağımız lazımdı”.