Amerikanın Forbes jurnalı 2014-cü ilin ən bahalı idman brendlərini açıqlayıb.
Reytinq dörd kateqoriyadan ibarətdir: idmançılar, şirkətlər, hadisə və komandalar, Oxu.Az dərginin rəsmi saytına istinadən xəbər verir.
İdmançıların siyahısında “Klivlend”in basketbolçusu Lebron Ceyms liderlik edir. Onun personal brendi jurnal tərəfindən 37 milyon dollar civarında qiymətləndirilib. Onun ardınca qolfçu Tayqer Vuds (36 milyon dollar) və tennisçi Rocer Federer gəlirlər (32 milyon dollar).
Ən bahalı idman şirkətlərinin siyahısına Nike (brend 19 milyard dollar dəyərində qiymətləndirilib), həmçinin ESPN (16,6 milyard dollar) və Adidas (5,8 milyard dollar) düşüb.
Ən bahalı idman tədbirləri reytinqinə Super Boul (500 milyon dollar) başçılıq edir. Sonrakı yerlərdə yay (348 milyon dollar) və qış (285 milyon dollar) Olimpiya oyunları qərarlaşıblar.
Ən bahalı komandaların siyahısına “Nyu-York Yankiz” beysbol klubu (521 milyon dollar) liderlik edir. Sonrakı yerlərdə Madrid “Real”ı (484 milyon dollar) və “Barselona” (438 milyon dollar) qərarlaşıblar.