Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Formula-1"in keçmiş rəhbəri yarış avtomobilləri kolleksiyasını satır
"Formula-1"in keçmiş rəhbəri Berni Ekklstoun 500 milyon funt-sterlinq (636 milyon dollar) dəyərində "Ferrari" və "Brabham" da daxil olmaqla 69 yarış avtomobilindən ibarət unikal kolleksiyasını satışa çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
94 yaşlı iş adamı bu qərarı Böyük Britaniyanın Vergi və Gömrük Yığımları İdarəsi (HMRC) ona 652 milyon funt-sterlinq (829 milyon dollar) məbləğində vergi borcunu ödəməyi əmr etdikdən sonra verib. 2023-cü ilin oktyabrında o, vergidən yayınmada günahını etiraf edib .
Avtomobillərin satışında Ekklstouna köməklik göstərən "Tom Hartley Jnr" şirkətinin məlumatına görə, onların arasında "Formula-1" üzrə dünya çempionları Mayk Hotorn, Niki Lauda və Mixael Şumaxerin idarə etdiyi "Ferrari"lər var.
Ekklstounun sözlərinə görə, o, 50 ildən artıqdır ki, "Formula-1" yarış avtomobillərininin kolleksiyasını toplayır və həmişə yalnız ən yaxşılarını alıb.
"Bu illər ərzində əldə etdiyim bütün avtomobillərin heyrətamiz yarış tarixi var və nadir sənət əsərləridir", - o bildirib.
Rəylər