Son Fransa çempionu PSJ Liqa 1-in IX turunu böyük hesablı qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, Paris təmsilçisi öz meydanında “Strasburq”u məğlub edib - 3:0.
Qolları Kilian Mbappe, Karlos Soler və Fabian Ruis vurublar.
Qələbə PSJ-nin ən azı bir neçə saatlıq liderliyə yüksəlməsi ilə nəticələnib. Paris təmsilçisinin 18 xalı var. “Strasburq” 10 xalla 12-cidir.
Faiq Tahirov