Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə Dünya çempionatında qalib gəlmiş milli komanda oyunçularını və məşqçi qərargahını “Fəxri legion” ordeni ilə mükafatlandırıb.
“Sports.ru” xəbər verir ki, təntənəli mərasim Parisin Yelisey sarayında baş tutub.
Fransa futbolçuları Rusiyada keçirilən futbol üzrə Dünya çempionatının qalibi olublar: onlar final matçında Xorvatiyanı 4:2 hesabı ilə məğlub ediblər.
“Fəxri legion” ordeni 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Ordenə məxsusluq Fransada ən yüksək nailiyyət kimi qiymətləndirilir.