Azərbaycan və Fransa arasında qarşılıqlı hörmətə əsaslanan mehriban dostluq münasibətləri var.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransanın yerli “lequipe.fr” saytının Azərbaycanın “Qarabağ” futbol klubunu Ermənistan komandası kimi təqdim etməsinə münasibət bildirərəkən söyləyib.
Nazirlik rəsmisinin sözlərinə əsasən, bu gün Fransada bir sıra dairələr hələ də rəsmi İrəvan və erməni lobbisinin təsiri altındadır: “Bu dairələr Azərbaycana qarşı əsassız və təxribatçı addımlar atmağa və Fransa-Azərbaycan əlaqələrinə xələl gətirməyə çalışırlar. Lakin onlar yanılırlar, çünki bu cür cəhdlər iki ölkə arasındakı əlaqələrə zərər vura bilməz."
H.Hacıyev Fransa mətbuatında dərc edilən bu məqalə ilə bağlı artıq Azərbaycanın Fransadakı səfirliyinə məlumat verildiyini bildirib: “Onlara bu məlumatın ətraflı araşdırılması və həmin mətbuat orqanına Azərbaycanın etirazının çatdırılması, eləcə də bu mətbuat orqanının məqaləyə müvafiq düzəlişlər etməsinin təmin olunması tapşırılıb."
Bildirək ki, Fransanın “lequipe.fr” saytı Azərbaycanın “Qarabağ” klubunun Çempionlar Liqasında qrupdan çıxmaq şanslarını təhlil edən yazıda klub Ermənistan klubu kimi təqdim edib.
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən məqaləyə düzəlişlər olunub; “Qarabağ” Azərbaycan klubu kimi təqdim edilib.
15:29
Məlum olduğu kimi, Fransanın “Sent-Etyen” klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri də son Azərbaycan çempionu “Qarabağ”dır.
Oxu.Az Qarabağ FK facebook səhifəsinə istinadən xəbər verir ki, yerli “Ekip” (www.lequipe.fr) nəşri də bu gün “ağ-yaşıllı” komandanın qrupdan çıxmaq şanslarını təhlil edən yazı dərc edib.
Həmin yazıda qrupdakı digər komandalarda olan “İnter” (İtaliya) və “Dnepr”in (Ukrayna) hansı ölkəyə mənsub olduğu düzgün göstərilsə də, “Qarabağ”la bağlı informasiya düzgün yerləşdirilməyib. Hər zaman mənfur qonşularımız ermənilərin və onların ölkəsinin tərəfini saxlayan fransızlar bu dəfə də öz çirkin niyyətlərini gizlətməyiblər.
Belə ki, həmin yazıda “Qarabağ” Azərbaycan yox, məhz Ermənistan klubu kimi təqdim olunub.

E.Ə.