Vaxtilə futbol üzrə Almaniya Federativ Respublikasının yığma komandasının heyətində dünya və Avropa çempionu adını qazanmış məşhur futbolçu Herd Müller vəfat edib.
Oxu.Az xəbər verir ki, futbolçu 75 yaşında dünyasını dəyişib.
Herd Müller 1964-1979-cu illərdə “Bavaria” klubunun şərəfini qoruyub və 3 dəfə Avropa Çempionları Kubokunu qazanıb.
Ən böyük uğura isə Almaniya yığmasının heyətində imza atıb. O, 8 il ərzində “ağ-qara” formada 62 oyun keçirib və 68 qol vurub. Dünya çempionatlarının ən məhsuldar oyunçusu kimi yadda qalıb: ”Mexiko-70” mundialında hücumçu rəqib qapılarından 10 top keçirib.
Növbəti (Almaniyada keçirilən) çempionatın finalında vurduğu həlledici qoldan sonra, Herd Müller erkən olaraq, 28 yaşında futbolçu karyerasına son qoyub. Dünya futbol tarixinin əfsanəsi hesab olunur.
Der FC Bayern trauert um Gerd Müller.
— FC Bayern München (@FCBayern) August 15, 2021
Heute steht die Welt des FC Bayern still. Der deutsche Rekordmeister und seine gesamte Fangemeinde trauern um Gerd Müller, der am frühen Sonntagmorgen im Alter von 75 Jahren gestorben ist.
Rəylər