Altı yaşlı uşaq sevimli “Peskara” klubu üçün forma eskizi çəkib. Artıq İtaliyanın bu futbol komandasının oyunçuları üzərində delfin və göy qurşağı rəsmi olan forma ilə meydançaya çıxacaqlar.
Bu barədə Lenta.ru xəbər yayıb.
Bildirilir ki, bir müddət əvvəl “Peskara” klubu forma ilə bağlı müsabiqə elan edib. Şərtə görə, hər kəs öz eskizini göndərə bilərdi.
Komandanın ünvanına yüzlərlə variant gəlsə də, altı yaşlı Luici De Aqostinonun eskizi hamı tərəfindən bəyənilib.
👕🐬🥇Questa splendida maglia disegnata dal piccolo #Luigi è stata la più votata nel contest "Disegna la maglia Special del Delfino".
— Pescara Calcio (@PescaraCalcio) April 19, 2020
Verrà prodotta da @ErreaOfficial, venduta al pubblico e utilizzata dai giocatori #BiancAzzurri 😁⚪🔵
Complimenti a tutti i partecipanti 👏🏻👏🏻 pic.twitter.com/NBpYjU3uqC